QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan nümayəndələri İngiltərədə atçılıq şousunda çıxış edib 15
2021-07-01 18:59 | 0 Rəy

Azərbaycan nümayəndələri İngiltərədə atçılıq şousunda çıxış edib

İngiltərədə ənənəvi keçirilən Vindsor Kral Atçılıq Şousunda (Royal Windsor Horse Show) azərbaycanlı süvarilər də iştirak edib.

“Gündəmtv.az” “Daily Mail”ə istinadən xəbər verir ki, ötən gün milli geyimdə olan Azərbaycan nümayəndələri heyrətamiz fəndlərlə tədbirə toplaşanları təəccübləndiriblər.

Atların ilk əhliləşdirildiyi bölgələrdən olan Azərbaycanın qədim ənənələrə malik olduğu, ölkənin Qarabağ və Dilbaz kimi məşhur at cinslərinin vətəni olduğu da yazıda qeyd edilib.

Qeyd edək ki, İngiltərənin cənub-şərqində yerləşən qədim Vindsor qəsri yaxınlığında ənənəvi keçirilən atçılıq şousu bu il iyunun 30-dan iyulun 4-dək məhdud tamaşaçı sayı ilə keçirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş