Azərbaycan neftinin qiyməti 96 dolları keçib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Gündəmtv.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları, yaxud 1,89 % artaraq 96,42 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş