QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan nefti cüzi ucuzlaşıb 107
2022-10-13 09:33 | 0 Rəy

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları, yaxud 0,05 % azalaraq 111,95 ABŞ dollarına çatıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 107,93 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş