Azərbaycan millisinin sabiq baş məşqçisinin yeni iş yeri müəyyənləşib
Azərbaycan futzal millisinin sabiq baş məşqçisi Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.
“Gündəmtv.az”un əldə etdiyi məlumata görə, braziliyalı mütəxəssis Çexiyanın “Era-Pak” klubunu çalışdıracaq.
Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 54 yaşlı məşqçi paralel olaraq yığmanın baza klubu sayılan “Araz-Naxçıvan”ı da çalışdırıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş