QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı məlum oldu 104
2023-07-18 14:33 | 0 Rəy

Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı məlum oldu

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib.

“Gündəmtv.az”ın Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən məlumatına görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək.

B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq.

Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.“Ölkə.az”

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş