QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq 88
2023-02-15 13:25 | 0 Rəy

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Basketbol üzrə Avropa çempionatının C divizionunda qızlar və oğlanlardan ibarət Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib.

Gündəmtv.az xəbər verir ki, 16 yaşadək qızlardan ibarət yığmamız B qrupunda Andorra, Moldova və Albaniya komandaları ilə mübarizə aparacaq. Bu qarşılaşmalar iyulun 18-23-də Andorrada keçiriləcək.

Oğlanlar isə B qrupunda Albaniya, Kipr, Ermənistan və San Marino yığmaları ilə qarşılaşacaqlar. Bu qrupun oyunları iyulun 19-27-də Kosovoda keçiriləcək.

U-18 gənclərdən ibarət yığma C qrupunda yer alıb və burada Malta, Kipr və Moldova komandaları ilə qarşılaşacaq. Bu görüşlər iyulun 29-dan avqustun 6-dək Bakıda keçiriləcək. //Fanat.Az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş