QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan hava limanlarında sərnişin axını bir milyon nəfərə çatıb 7
2022-05-13 12:00 | 0 Rəy

Azərbaycan hava limanlarında sərnişin axını bir milyon nəfərə çatıb

Azərbaycanın beynəlxalq hava limanları ilin əvvəlindən ümumilikdə 900 minə yaxın sərnişinə xidmət göstərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Gündəmtv.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, 2022-ci ilin aprel ayında sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.

Bakı hava limanının əsas aviadaşıyıcıları olan “AZAL” və “Buta Airways” aviaşirkətləri - müvafiq olaraq 350 və 114 min sərnişin daşıyıb ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51% - ni təşkil edir.

2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinin dayandırılması ilə bağlıdır.

Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş