QARABAĞ AZƏRBAYCANDIR!

“Azərbaycan bir neçə saata Səlim aşırımını keçib Ermənistanın Zəngəzurla əlaqəsini kəsə bilər” - Şahnazaryan 682
2021-10-23 15:51 | 0 Rəy

“Azərbaycan bir neçə saata Səlim aşırımını keçib Ermənistanın Zəngəzurla əlaqəsini kəsə bilər” - Şahnazaryan

“Azərbaycanlılar Geqarkunikdə elə mövqelər tutublar ki, bir neçə saatdan sonra onlar Səlim aşırımını keçərək, Zəngəzurla Ermənistan arasındakı əlaqəni zərərsizləşdirə bilərlər”.

"Gündəmtv.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Voskanapat” analitik mərkəzinin rəhbəri Hrant Melik-Şahnazaryan səsləndirib:

“Biz dünyaya nümayiş etdirməliyik ki, erməni xalqı müharibənin nəticələri ilə barışa bilməyib. Siyasi qüvvələr, ekspertlər, mütəxəssislər həqiqəti xalqa çatdırmaqdan, münaqişənin həll olunmadığını, Azərbaycanın böyük hədəflər güddüyünü söyləməkdən çəkinməməlidirlər. Həm Zəngəzur, həm “Artsax”, həm də bütün Ermənistanla bağlı məsələlərdə barışıq fikirlərindən qurtulmaq və öz maraqlarımızı təmin etməyə çalışmaq lazımdır” – politoloq vurğulayıb.

Şahnazaryana görə, Azərbaycan Geqarkunikdə bir neçə saat ərzində Səlim aşırımını keçməyin mümkün olduğu yerləri tutub. Elə mövqedədilər ki, bir neçə saat ərzində Zəngəzurla bütün Ermənistanın əlaqəsini kəsə bilərlər. Bunlar həqiqətən də qlobal və geniş miqyaslı problemlərdir.KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş