QARABAĞ AZƏRBAYCANDIR!

Azad edilmiş ərazilərdə fototələlər quraşdırıldı 60
2022-10-13 09:33 | 0 Rəy

Azad edilmiş ərazilərdə fototələlər quraşdırıldı

Azad edilmiş ərazilərdə təhlükəsizlik şəraiti imkan verdikcə vəhşi heyvanlarla bağlı monitorinqlər aparılır. Son dövrlərdə həmin ərazilərdə fototələlər də quraşdırılıb.

"Gündəmtv.az" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, əldə edilmiş şəkillər yaxın günlərdə ictimaiyyətə nümayiş ediləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş