QARABAĞ AZƏRBAYCANDIR!

Avtoxuliqanlıq edən sürücülər SAXLANILDI 4
2022-06-23 14:54 | 0 Rəy

Avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

Şəmkirdə toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Bu barədə "Gündəmtv.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev “VAZ” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törətmiş və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə “Son zəng” tədbirində “VAZ” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşalrı tərəfindən saxlanılıb.

Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətin araşdırmalar davam etdirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş