QARABAĞ AZƏRBAYCANDIR!

Avropa Ağır Atletika Federasiyası Ermənistanı qınadı 95
2023-04-15 19:19 | 0 Rəy

Avropa Ağır Atletika Federasiyası Ermənistanı qınadı

"Gündəmtv.az “Avropa Ağır Atletika Federasiyası aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması hadisəsini kəskin şəkildə pisləyir”.

Bu barədə Avropa Ağır Atletika Federasiyasının (EWF) məlumatında deyilir.

Məlumatda bildirilir ki, EWF bu son dərəcə ciddi və acınacaqlı jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirir:

“EWF bu hadisəni diqqətdən kənarda qoymur və baş verənlər kontekstində əlavə tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirəcək. EWF Azərbaycan milli komandası və Azərbaycan Federasiyası ilə həmrəylik nümayiş etdirir”.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş