QARABAĞ AZƏRBAYCANDIR!

Avqustun 7-də şagird yerdəyişməsinə başlanılır 67
2023-08-02 11:23 | 0 Rəy

Avqustun 7-də şagird yerdəyişməsinə başlanılır

Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən "Gündəmtv.az"-*a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

Heydər Əliyev adına lisey;

T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

132-134 nömrəli təhsil kompleksi;

T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

İlyas Əfəndiyev adına Elitar gimnaziya;

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

Zəngi liseyi;

Bakı Avropa liseyi;

“Ankara məktəbi” məktəb-lisey;

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

Bülbül adına orta ixtisas musiqi məktəbi;

Humanitar fənlər təmayüllü məktəb-lisey.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş