QARABAĞ AZƏRBAYCANDIR!

ATƏT Azərbaycanın bu addımını alqışladı 205
2022-10-13 09:33 | 0 Rəy

ATƏT Azərbaycanın bu addımını alqışladı

“ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şefer (Amerika Birləşmiş Ştatları) Azərbaycanın erməni hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seryan Tamrazyanı sərbəst buraxmasını alqışlayır”.

Gündəmtv.az xəbər verir ki, bu barədə ATƏT-in saytında həmsədrlərin yayımladığı bəyanatda deyilir.

Hər iki tərəf bütün əsirləri və həlak olanların qalıqlarının qarşılıqlı olaraq qaytarılmasına, eləcə də, humanitar öhdəliklərə hörmətlə yanaşmağa çağırılıb.

Qeyd edək ki, Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş