QARABAĞ AZƏRBAYCANDIR!

Arvadını və 30 yaşlı kişini öldürdü - Tərtərdə DƏHŞƏTLİ QƏTL 66
2023-02-19 11:00 | 0 Rəy

Arvadını və 30 yaşlı kişini öldürdü - Tərtərdə DƏHŞƏTLİ QƏTL

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Gündəmtv.az-a verilən məlumata görə, rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş