QARABAĞ AZƏRBAYCANDIR!

Arvadını küçədə öldürən Meyxoş yenidən hakim qarşısında 80
2023-08-09 11:38 | 0 Rəy

Arvadını küçədə öldürən Meyxoş yenidən hakim qarşısında

Bakıda həyat yoldaşını qısqanclıq zəmnində qətlə yetirməkdə təqsirli bilinən Meyxoş Cəfərov Ali Məhkəməyə şikayət edib.

"Gündəmtv.az" xəbər verir ki, onun şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Meyxoş Cəfərov 13 il müddətinə azadlıqdan məhrum olunub. 

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş