QARABAĞ AZƏRBAYCANDIR!

Armen Sarkisyan: “Biz 44 günlük Qarabağ müharibəsində təkcə Azərbaycanla döyüşməmişik” 820
2021-09-18 19:13 | 0 Rəy

Armen Sarkisyan: “Biz 44 günlük Qarabağ müharibəsində təkcə Azərbaycanla döyüşməmişik”

Ermənistan prezidenti Armen Sarkisyan yenidən öz qeyri-obyektiv və əsassız açıqlamaları ilə gündəmə gəlib.

Gundemtv.az Konkret.az-a istinadən xəbər verir ki, Sarkisyan ikinci Qarabağ müharibəsi, və bu savaşda Azərbaycanın qələbəsi ilə bağlı fikirlərini bölüşüb.

Sarkisyan 44 günlük Qarabağ müharibəsində təkcə Azərbaycanla döyüşmədiklərini deyib.

O vurğulayıb ki, müharibədə Türkiyəyə məxsus pilotsuz uçuş aparatları və şəxsi heyəti də döyüş meydanında idi.

Təbii ki, bir neçə dəfə Ermənistan tərəfindən bu cür açıqlamaların edildiyinin şahidi olmuşuq. Bu cür açıqlamalar Ermənistan cəmiyyətində guya “Türkiyə olmasa idi, Azərbaycan qalib gələ bilməzdi” kimi məntiqsiz fikir yaratmağa hesablanıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş