QARABAĞ AZƏRBAYCANDIR!

AQTA bu şirkətlərə xəbərdarlıq edib 143
2023-10-02 13:22 | 0 Rəy

AQTA bu şirkətlərə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, bu günədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan “Bolt Services AZ” MMC, “Ozio” MMC, “İndi Market” MMC, “Bazarstore” MMC, “Too Far Logistics” MMC, “iBox” MMC və “Competo” MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.

Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub.
AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur.

Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda davam etdirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş