QARABAĞ AZƏRBAYCANDIR!

Anasını öldürən şəxsə hökm oxundu 11
2022-09-09 06:08 | 0 Rəy

Anasını öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərova hökm oxunub.

"Gündəmtv.az" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.

S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş