QARABAĞ AZƏRBAYCANDIR!

AMB “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib 92
2023-12-08 13:45 | 0 Rəy

AMB “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib.

“Gündəmtv.az” AMB-ə istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.

“Naxçıvansığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, Azərbaycanın yeganə regional sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC bazarı tərk etməyə hazırlaşır.

Məlumata görə, “Naxçıvan Sığorta”nın yeganə səhmdarı “Naxçıvan Bank” ASC-nin qərarına uyğun olaraq şirkətin Direktorlar Şurası lisenziyanın ləğv edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bununla bağlı tənzimləyici qurumun qərarı gözlənilir. Bundan sonra “Naxçıvan Sığorta”nın öhdəliklərini “Atəşgah Sığorta” ASC icra edəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş