QARABAĞ AZƏRBAYCANDIR!

Almaniyada koronavirusla bağlı bu qadağa ləğv edildi 57
2022-10-13 09:33 | 0 Rəy

Almaniyada koronavirusla bağlı bu qadağa ləğv edildi

Almaniya Covid-19 tədbirləri ilə bağlı daha bir qadağanı ləğv edib.

"Gündəmtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Səhiyyə naziri Karl Lauterbax təyyarədə maska ​​tələbinin sona çatdığını açıqlayıb.

Lauterbax Almaniyanın təyyarədə maska ​​tələbini ləğv edən son ölkələrdən biri olduğunu qeyd edib.

Nazir, “Avtobus və qatarlarda maska ​​taxmaq öhdəliyi ilə bağlı danışıqlar aparmayacağıq. İnfeksiyadan Qorunma Qanununa əsasən payızda yoluxma halları kəskin şəkildə artarsa, təyyarədə də maska taxma öhdəliyi yenidən qüvvəyə minəcək”.

O, həmçinin Almaniyanın payızda infeksiyaların sayının artacağı təqdirdə qapalı və hətta açıq havada maskaların məcburi ola biləcəyinə diqqət çəkib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş