QARABAĞ AZƏRBAYCANDIR!

"Almaniya Ukraynanın təslim olmasını istəyirdi" - Conson 25
2022-11-23 23:51 | 0 Rəy

"Almaniya Ukraynanın təslim olmasını istəyirdi" - Conson

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, Rusiya Ukraynaya hücum edən zaman Almaniya Ukraynanın təslim olmalı olduğunu müdafiə edib.

Gündəmtv.az xəbər verir ki, “CNN Portuqaliya”ya danışan Conson, Almaniyanın iqtisadi səbəblərə görə müharibənin uzun müddət davam etməsini istəmədiyini deyib. O bildirib ki, buna görə də həmin vaxt Almaniya rəsmiləri Ukraynanın Rusiyaya qarşı geri addım atmalı olduğunu deyiblər:

“Əgər müharibə olacaqsa, Almaniya onun bir an əvvəl bitməsini və Ukraynanın təslim olmasını istəyirdi” – deyə Conson bildirib.

Fransanın müharibə ehtimalını son ana qədər rədd etdiyini bildirən Conson İtaliyanın Rusiya enerjisindən asılılığına görə Avropada Rusiyaya qarşı sanksiyaları dəstəkləmək istəmədiyini qeyd edib.

Böyük Britaniyanın keçmiş baş naziri bildirib ki, müharibədən sonra bir çox ölkə Ukraynanın arxasında birləşib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş