QARABAĞ AZƏRBAYCANDIR!

Almaniya kansleri Putinin ən çox nədən qorxduğunu dedi 50
2022-10-13 09:33 | 0 Rəy

Almaniya kansleri Putinin ən çox nədən qorxduğunu dedi

Putin demokratiya qığılcımının Rusiyaya düşə biləcəyindən qorxur.

"Gündəmtv.az" Konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolz özünün Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, işğalçı ölkənin lideri Vladimir Putin ən çox Qərbdən gələn “demokratiya qığılcımı”nın onun dövlətinə keçə biləcəyindən vahiməyə düşür.

“Bu səbəbdən uzun illərdir ki, NATO və Aİ-ni dağıtmağa yönəlmiş siyasət yürüdür. Putin siyasətini öz təsir zonasına qaytarmaq istəyir. Ancaq o, bunu bacarmayacaq”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş