QARABAĞ AZƏRBAYCANDIR!

Alimlər: "Omikron" ştamından yalnız üçüncü doza qoruyur" 65
2022-10-13 09:33 | 0 Rəy

Alimlər: "Omikron" ştamından yalnız üçüncü doza qoruyur"

"Pfizer" peyvəndinin yalnız üçüncü dozası koronavirusun "omikron" ştamından qoruyur.

"Gündəmtv.az" "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Haim Şeba adına ən böyük tibb mərkəzində aparılan araşdırmanın nəticələri deyir.

"Beş ay və ya daha çox əvvəl "Pfizer"in iki dozası ilə peyvənd edilmiş insanlar "omikron" ştamına qarşı praktiki olaraq heç bir müdafiəyə malik deyillər, üçüncü, gücləndirici peyvəndi alanlar isə qorunur, baxmayaraq ki, bu qorunma "delta" ştamına nisbətən dörd dəfə aşağıdır", - araşdırmada vurğulanır.

Mərkəzin professoru Gili Regev Yohai bildirib ki, bu müdafiənin nə qədər davamlı olacağı da sual altındadır.

Tədqiqat peyvənd olunmuş tibb mərkəzi işçilərinin qan zərdabının öyrənilməsi əsasında aparılıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş