QARABAĞ AZƏRBAYCANDIR!

”Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “Zəfər Günü” ilə bağlı tədbir keçirib - FOTOLAR 131
2022-11-05 21:04 | 0 Rəy

”Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “Zəfər Günü” ilə bağlı tədbir keçirib - FOTOLAR

”Ailə Dünyası”Ailələrə Hüquqi Yardım İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə Zərdab rayonunbda fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinin  Sağlamlıq İmkanları Məhdud Uşaqları üçün “Uşaq hüquqları aylığı” “Zəfər Günü” ilə bağlı tədbir keçirib.

Gündəmtv.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab Nümayəndəliyi ilə birlikdə Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Zərdab rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rəhbəri Ləman Səfərəliyeva,  Zərdab rayon  İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Mübariz Quliyev və Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filalının əməkdaşı Eldar Xəlilov, eləcə də Sağlamlıq İmkanları Məhdud Uşaqların valideynləri  iştirak ediblər.

Tədbirdə iştirakçılara  uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü barədə ətraflı məlumat verilib.

Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqların hazırladığı “Qoğal” tamaşası nümayiş olunub,  ardınca Zəfər Gününə həsr edilən mahnı, şer və rəqs nümayiş etdirilib.

Gündəmtv.az

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş