“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi insan alveri ilə mübarizəyə dair təlim keçirib - FOTOLAR
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “Təhlükəsiz səyahət, ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsi çərçivəsində 30 nəfər şəxsə insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi keçib.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin mətbuat xidmətindən Gündəmtv.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 07. 10. 2022-il tarixində həyata keçirilən təlim Gəncə şəhəri, «Təmas» Rеgional İnkişaf İctimai Birliyinin ofisində müxtəlif yaş qrupuna aid şəxslərə şamil edilib.
Təlimi İnsan alveri ilə mübarizə sahəsində böyük təcrübəsi olan tanınmış ekspert Südabə Məmmədova aparıb. O, təlimçilərə xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin İnsan alveri qurbanına çevrilməməsi üçün nəyi bilməyin lazım olduğunu, problemlə rastlaşdıqda hansı qurumlara müraciət etməyin vacibliyini, hansı sənədləri mütləq şəkildə özündə saxlamağın önəmliliyini, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələrini izah edib və bütün bunlarla bağlı geniş məlumat verib.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib və maarifləndirmə turuna cəlb olunacaq 20 nəfər könüllülər seçilib. Eyni zamanda 08.10.2022- ci il tarixində isə Gəncə Beynəlxalq Hava Limanında Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollecin Tələbə Gənclər Təşkilatından maarifləndirmə turuna cəlb cəlb edilən könüllülər tərəfindən ölkəmizə gələn və qonşu ölkələrə gedən insanlara dövlət qurumları və təşkilat tərəfindən çap olunan “Təhlükəsiz səyahət” adlı maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulduğu kimi İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi ilə həyata keçirilib.
İlkin Əlyar
Qalareya








0 şərh:
Səndə öz fikrini bizimlə bölüş