Aİ İrana qarşı sanksiyalar tətbiq edə bilər
Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya qadın haqları ilə bağlı etirazları yatırtdığı üçün İrana qarşı yeni sanksiyalar tətbiqi ilə Avropa İttifaqına (Aİ) təklif təqdim edib.
Gündəmtv.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin verdiyi məlumata görə, təklif edilən sanksiyalar Məsha Əminənin qətli ilə bağlı ümummilli etirazların yatırılmasına cavabdeh olan 16 şəxs, təşkilat və qurumu hədəf alır.
Bu təkliflərin oktyabrın 17-də Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcəyi gözlənilir.
İlkin Əlyar
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş