QARABAĞ AZƏRBAYCANDIR!

Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb 68
2023-10-24 13:44 | 0 Rəy

Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Ölkə.az"a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çullu kəndi ərazisində axtarış tədbirləri həyata keçirib.

Nəticədə 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş