QARABAĞ AZƏRBAYCANDIR!

Ağamirzə: “Kərimin vəziyyəti pisləşir ki, yaxşılaşmır” 115
2023-08-31 15:52 | 0 Rəy

Ağamirzə: “Kərimin vəziyyəti pisləşir ki, yaxşılaşmır”

Ustad meyxanaçı Kərimin vəziyyətinin pisləşməsi barədə məlumat əldə etdik. Xəbəri dəqiqləşdirmək üçün onun yaxın dostu, müntəzəm olaraq Kərimə baş çəkən meyxanaçı Ağamirzə ilə əlaqə saxladıq.

O, Gündəmtv.az-a bildirdi ki, son dəfə Kərimlə 10 gün öncə görüşüb.

“Bu günlərdə getməmişəm, yalan deyərəm, amma 10 gün olar baş çəkmişdim ona. Vəziyyəti pisləşsə xəbərim olardı. Elə bir şey yoxdur. Amma ümumi olaraq vəziyyəti yaxşıya doğru yox, pisə doğru dəyişir. Həkim nəzarəti altında dərmanları verilir, həkim özü də ümumi nəzarət edir. Ailəsi qayğısına qalır. Allah kömək olsun deməkdən başqa çarəmiz qalmayıb. Bu dərdin tibb elmində əlacı yoxdur”,- deyə meyxana ustası əlavə etdi.

Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult xəstəliyi səbəbi ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş