QARABAĞ AZƏRBAYCANDIR!

Afrikanın bu ölkəsinin prezidenti Putindən kömək istədi 45
2022-10-26 10:00 | 0 Rəy

Afrikanın bu ölkəsinin prezidenti Putindən kömək istədi

Qvineya-Bisau respublikasının prezidenti Umar Sisoko Embalo Rusiya lideri Vladimir Putindən kömək istəyib.

Gündəmtv.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Afrika ölkəsinin lideri Moskvada V.Putinlə keçirilən görüşündə onların Rusiyanın fereqat və hərbi vertolyatlarına ehtiyaclarının olduğunu bildirib.

Qvineya-Bisaunun dövlət başçısı U.S.Embalo hərbi texnikaları güzəştli şərtlərlə almaq istədiklərini açıqlayıb:

“Biz hərbi arsenalımızı Rusiya istehsalı olan silah və texnikalarla zənginləşdirməyi arzulayırıq. Ümid edirəm ki, Rusiya bizə arzuladığımız hərbi texnikaları verə bilər. Daha sonra isə biz ödənişi necə həyata keçirəcəyimizi müəyyənləşdirərik”.

V.Putin U.S.Embalonun bu istəyinin Rusiya hökumətində müzakirə olunacağını və qarşıdakı vaxtlarda Qvineya-Bisau dövlətinə bu barədə məlumat verəcəklərini bildirib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş