QARABAĞ AZƏRBAYCANDIR!

“Abşeron” yatağından qaz hasilatı 4 dəfə artırılacaq - NAZİR 108
2023-08-31 18:13 | 0 Rəy

“Abşeron” yatağından qaz hasilatı 4 dəfə artırılacaq - NAZİR

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının illik hasilatı 4 dəfəyə qədər artırılacaq.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında yazıb.

"Abşeron" yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrdək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - deyə nazir əlavə edib.

Xatırladaq ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş