QARABAĞ AZƏRBAYCANDIR!

ABŞ Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətə münasibət bildirdi 80
2022-10-13 09:33 | 0 Rəy

ABŞ Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətə münasibət bildirdi

ABŞ hökuməti Qırğız Respublikası ilə Tacikistan sərhədindəki son hadisələrdən narahatdır.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) tvitter hesabında yazı paylaşıb:

“ABŞ Qırğızıstan-Tacikistan sərhədində zorakılığın yenidən başlanmasından dərin narahatlıq keçirir. Bizim düşüncələrimiz ölənlərin, onların ailələrinin, həmçinin bu zorakılıq üzündən köçməli olanların yanındadır. Biz bu həllini tapmamış sərhəd problemini danışıqlar yolu ilə həll etməyə, dinc qonşuluq üçün öhdəlik götürmələrinə çağırırıq”.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş