ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq aparır? – Amerikalı diplomat
“ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz. Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiyanın iştirak etdiyi çoxsaylı formatlara təsir edib, çünki Moskva beynəlxalq sistemin normalarını o dərəcədə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. Lakin buna baxmayaraq ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin həllinə, ədalətli və davamlı sülh axtarışına diqqət yetirib. Məhz buna görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli görüşlərdə iştirak edirik”.
“Gündəmtv.az” xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
Vasitəçilərdən danışan amerikalı diplomat vurğulayıb ki, ABŞ digərlərindən fərqli olaraq Ermənistan və Azərbaycanın qonşusu deyil, qərəzli maraqları yoxdur və buna görə də daha qərəzsiz və səmimi ola bilər.
“Bundan həm İrəvan, həm də Bakı xəbərdardır. Düşünürəm ki, bu, ABŞ üçün də üstünlük ola bilər və bu da bizə fikir ayrılıqlarının həllinə nail olmaq üçün qərəzsiz diplomatik vasitələrdən istifadə etməyə imkan verəcək”, - diplomat vurğulayıb.
Laçın və Ağdam yolu ilə bağlı mövqeyini açqılayan amerikalı diplomat deyib ki, Laçın və Ağdamdan keçən yolun açılması da dövlətlər üçün məqbuldur.
Karpenter daha sonra qeyd edib ki, Qarabağdakı vəziyyət son dərəcə ciddi və çətindir: “Biz vəziyyətin pisləşməsinə imkan verə bilmərik. Artıq bir ildən çoxdur ki, Qərb, ABŞ və Avropa İttifaqı regionda sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycanla fəal danışıqlar aparır. Bu görüşlərdə Vaşinqtonda belə bir təəssürat var ki, Bakı və İrəvan həll yollarına nail olmaq istəyirlər, lakin maksimalist meyillər də var.
Hesab edirəm ki, problemin həlli üçün hər şey edilməlidir. Əks halda münaqişə yenidən alovlana bilər, bunu heç kim istəmir”.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş