QARABAĞ AZƏRBAYCANDIR!

ABŞ Dövlət Departamenti də 8 erməni hərbçinin qaytarılmasına MÜNASBƏT BİLDİRDİ 62
2022-10-13 09:33 | 0 Rəy

ABŞ Dövlət Departamenti də 8 erməni hərbçinin qaytarılmasına MÜNASBƏT BİLDİRDİ

ABŞ Dövlət Departamenti Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu məlumat yayıb.

“Bütün saxlanılan hərbçilərin qaytarılmasının asanlaşdırılması və itkin düşənlərin (o cümlədən 1990-cı illərdə) haqqında məlumat əldə edilməsi səyləri regionda davamlı sülh üçün çox vacibdir”, – bürodan qeyd olunub.

Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, ötən gün – 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni hərbçini Ermənistana qaytarıb. Onların bir neçəsi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbçilədir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş