QARABAĞ AZƏRBAYCANDIR!

ABŞ-da qasırğa qurbanlarının sayı 84 nəfəri ötüb 83
2022-10-13 09:33 | 0 Rəy

ABŞ-da qasırğa qurbanlarının sayı 84 nəfəri ötüb

ABŞ-ın bir neçə ştatında tüğyan edən qasırğalar azı 84 nəfərin həyatına son qoyub.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ən çox insan tələfatı - 70 nəfər təbii fəlakətdən əziyyət çəkən Kentukki ştatında qeydə alınıb. Eyni zamanda, qubernator Endi Beşir bildirib ki, qurbanların sayı 100 nəfərə çata bilər.

Arkanzas və Tennessi ştatlarında səlahiyyətlilər bu ştatların hər birində 3 ölüm qeydə alıblar, İllinoys ştatında təbii fəlakət 2 yerli sakinin, Missuridə isə 84 yaşlı qadının həyatına son qoyub.

Ən böyük zərər 10 min nəfər əhalisi olan kiçik Meyfild şəhərinə dəyib, burada xüsusilə şam fabrikinin damı uçub, polis bölməsi və yanğınsöndürmə məntəqəsi dağılıb. "İnsanlar bu gün harda yatacaqlarını, bazar ertəsi səhər işə hara gedəcəklərini bilmirlər. Bu, həqiqətən dağıdıcı bir vəziyyətdir", - bələdiyyə sədri Katie Stuart O Nan CNN-ə deyib. Qarşıdan gələn bayramlar səbəbindən bu, ən gərgin dövrdür. Onun sözlərinə görə, inzibati kompleks də dağıdılıb.

Tennessi və Kentukki ştatlarında tornadoların səbəb olduğu elektrik enerjisində fasilə 200 min nəfərdən çox insanı işıqsız qoyub./Report

Qalareya

Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş