QARABAĞ AZƏRBAYCANDIR!

ABŞ-da meşə yanğını - 20 min insan təxliyə edildi 35
2022-10-13 09:33 | 0 Rəy

ABŞ-da meşə yanğını - 20 min insan təxliyə edildi

ABŞ-ın Kolorado ştatının Boulder şəhəri ətrafında davam edən meşə yanğını səbəbindən 20 minə yaxın insan təxliyə edilib.

"Gündəmtv.az"  xəbər verir ki, hadisə barədə Boulder Yanğından Mühafizə Briqadasının Xilasetmə Xidməti açıqlama yayıb.

Açıqlamada şəhərin cənub hissəsindəki təpəliklərdə başlayan və güclü külək səbəbindən böyüyən yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyi qeyd edilib.

Yanğınsöndürən təyyarələrin iştirakı ilə yanğının yaşayış məntəqələrindən uzaq tutulmasına çalışıldığı, lakin dünəndən etibarən bölgədən təxminən 20 min insanın təxliyə edildiyi açıqlanıb.

Yanğının nəzarət altına alınacağı təqdirdə vətəndaşların evlərinə qayıtmasına icazə veriləcəyi bildirilib. Xatırladaq ki, dekabrın sonunda eyni ərazidə baş verən yanğında 1100-ə yaxın evə ziyan dəyib.//KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş