QARABAĞ AZƏRBAYCANDIR!

ABŞ-da atışma zamanı 3 nəfər öldü - 14 nəfər yaralandı 49
2022-10-13 09:33 | 0 Rəy

ABŞ-da atışma zamanı 3 nəfər öldü - 14 nəfər yaralandı

ABŞ-ın Tennessi ştatının Çattanuqa şəhərində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Gündəmtv.az" “Fox News”a istinadən xəbər verir ki, atışma bazar günü gecə şəhərin barlarından birinin yaxınlığında qeydə alınıb. Ölənlərdən birini avtomobil vurub, digər ikisi isə güllə yaralarından dünyasını dəyişib.

“Onlardan bir neçəsinin həyatı üçün təhlükə yaradan xəsarətlər var”, – telekanal yerli polis sözçüsündən sitat gətirib.

İlkin məlumata görə, hadisə bir neçə nəfər tərəfindən törədilib. Polis hələ heç kimi həbs etməyib və yerli sakinlərdən cinayətkarların tapılmasına köməklik göstərməyi xahiş edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş