Abdullayevlər haqda YENİ FAKTLAR - Daşnaklara 130 min avro necə verilib?
Uzun illər Azərbaycan Beynəlxalq Universitetinin rektoru işləyən, ölkənin təhsil sisteminin acınacaqlı vəziyyətə düşməsində böyük rolu olan, milyonlarla vəsaiti qanunsuz mənimsəyərək ölkədən çıxaran Elşad Abdullayev haqqında yeni- yeni cinayət faktları ortaya çıxır.
Gündəmtv.az xəbər verir ki, hazırda Fransaya sığınaraq orada erməni diasporunun Azərbaycana qarşı həyata keçirdiyi məkrli planlarda rol alan, düşmən dəyirmanına su tökmək üçün dəridən-qabıqdan çıxan, bir sözlə vətənə xəyanət yolunu seçən Elşad Abdullayevlə yanaşı, onun oğlu Elşən Abdullayev haqda da bir sıra faktlar mövcuddur. Ümumiyyətlə Abdullayevlərin ailəlikcə düşmənimiz olan ermənilərlə "iş birliyi" qurduğu, onlara maddi dəstək verdiyi, ölkəmizə qarşı məkrli planlarda fəal iştirak etdiyi heç kimə sirr deyil.
Belə ki ölkənin təhsil sistemini bərbad vəziyyətə qoymaqla milyonlarla manat mənimsəyən və ciddi maliyyə maxinasiyalarına yol verən Abdullayevlər xaricdə qurduqları şirkətlər sayəsində indi də külli miqdarda pul qazanırlar. Ən pisi isə odur ki, bu pullar Azərbaycan əleyhinə kampaniyalara və düşmən ermənilərə xərclənir.
Əldə etdiyimiz məlumatlara görə, Elşad Abdullayev və onun qayınatası "akademik" Hüseyn Əhmədov Azərbaycanın vəsaiti hesabına xaricdə qurduqları şirkətlərdən qazandıqları pulllardan Avropadakı erməni daşnaq siyasi təşkilatlarına 130 min avro məbləğində yardım ediblər. Bu təşkilatlar arasında azərbaycanlılara qarşı xüsusi nifrəti və qəddarlığı ilə seçilən "Asala"nın olması isə sadəcə dəhşətdir və heç bir çərçivəyə sığmır.
Digər məlumata görə, Elşad Abdullayev 2009-cu ildə Moskvada ermənilərlə gizli biznes yaradaraq onların idarəsini "hay"lara həvalə edib. Hətta mülklərindən birini böyük məbləğ qarşılığında ermənilərə kirayə verib. Bütün bu mənfur addımları isə Abdullayevin Moskvada qanunsuz yaşayan və atasının biznesini idarə edən oğlu Elşən Abdullayev atıb.
Göründüyü kimi Abdullayevlər ailəlikcə erməni dəyirmanına su tökməkdə və Azərbaycanın düşmənləri ilə "iş birliyi" qurmaqda maraqlıdırlar. Vətənə xəyanət yolunu seçən bu şəxslərin Azərbaycana ekstradisiya olunacağı və layiqli cəza alacağı isə sadəcə zaman məsələsidir.
Gündəmtv.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş