QARABAĞ AZƏRBAYCANDIR!

Abdullayevlər ailəsinin erməni sevgisi: Oğul borc verir, qız ərə gedir - TƏFƏRRÜAT 1037
2022-12-26 10:00 | 0 Rəy

Abdullayevlər ailəsinin erməni sevgisi: Oğul borc verir, qız ərə gedir - TƏFƏRRÜAT

Bir vaxtlar ABU-da vətəndaşların təhsil üçün ayırdığı pulları mənimsəyən saxta professor Elşad Abdullayev və onun özündən geri qalmayan oğlu Elşən Abdullayev haqda məlumatlar səngimək bilmir.

Gündəmtv.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Fransaya sığınan Elşad Abdullayevin qanunsuz yollarla qazandığı milyonlar hesabına qurduğu şirkətlərini onun Moskvada ermənilərlə iş birliyi yaradan oğlu Elşən Abdullayev idarə edir. Məlumatlara görə, Elşad Abdullayev  Moskvada özünə 1 milyon dollara şirkət qurmaga nail olub. Belə ki, o, Rusiya kəşfiyyatında işləyən oğlu Elşən Abdullayevin adına iki şirkət açaraq bunu hər kəsdən gizlətməyi bacarıb. Sənədlərə görə, «Emerald Plus İnternational» Praqada Bakının S.S. Axundov 8/36 ünvanı ilə qeydiyyatdan keçib. Maliyyə hesabatına əsasən şirkətin bütün aktivləri 18,4 milyon dollar olub.

Bir çox başqa genetik xüsusiyyətlər kimi, Vətənə xəyanət sindromu da valideyndən övlada irsən keçir. Fransaya sığınaraq erməniləri Azərbaycan əleyhinə maliyyələşdirən, düşmənin təxribatçı addımlarında yaxından iştirak edən Elşad Abdullayev kimi oğlu da, Moskvada atasının “missiyası”nı uğurla davam etdirir. Belə ki, 1987-ci il təvəllüdlü Elşən Abdullayevin 27 dekabr 2014-cü il tarixdə erməni qadın Şaxramanova Susanna Şaqenovnaya 4500000 (dörd milyon beş yüz min) rus rublu məbləğində borc verdiyi, bundan başqa pandemiyanın tüğyan etdiyi keçən ilin may ayında Moskva vilayətinin Vidnoye rayonunda ona məxsus “Fud – Kort” restoranını erməni qadına icarəyə verdiyi danılmaz faktlarla sübuta yetirilib.

Qeyd edək ki, Elşən Abdullayev vaxtilə qanunsuz yolla və atasının əlaqələrindən yararlanaraq Rusiya vətəndaşlığı almağa nail olub. Və bu günə qədər də atasının Rusiyadakı əmlakını idarə edərək milyonlar qazanmağa davam edir. Elşad Abdullayevin cinayətkar və xəyanətkar olduğunu nəzərə alsaq, onun oğlunun da atası ilə iş birliyi fonunda məsuliyyətə cəlb olunması tam doğru addım olar. Ümid edirik ki, Rusiya Xüsusi Xidmət Orqanları bu faktları nəzərə alaraq Elşən Abdullayevin də cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq araşdırmmaya başlayacaqlar.  

Məlumat üçün bildirək ki, Elşad Abdullayevin qızı Aynur Abdullayeva da erməni milliyətindən olan Artyom Xaçaturyan ilə ailə qurub. Bir neçə ildir ki, evil olan cütlüyün bir oğlu da var. Görünən odur ki, Abdullayevlər ailəsinin erməni sevgisi gendən gəlir. Odur ki, həm Azərbaycandan oğurladıqları milyonlara, həm də ermənilərlə iş birliyinə görə, Abdullayevlər cəzalandırılmalıdırlar.

Gündəmtv.az 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş