QARABAĞ AZƏRBAYCANDIR!

56 dövlət əmlakı hərraca çıxarılır 13
2023-02-06 19:00 | 0 Rəy

56 dövlət əmlakı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14, 21, 28 fevral tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq.

Gündəmtv.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: ( https://clck.ru/33TqtH )

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş