QARABAĞ AZƏRBAYCANDIR!

"50 mini heç bir arada görməmişəm" 177
2023-04-21 15:48 | 0 Rəy

"50 mini heç bir arada görməmişəm"

"Uduzmamışam. Proses gedir, apellyasiyaya vermişəm. Ondan sonra hara kimi gedəcək bilmirəm. Məhkəməyə mən yox, qarşı tərəf verib. Eşitdiyimə görə, xoşu gəlir, elə məhkəmələrdədir

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Səhər mərkəzi" verilişində deyib. Sənətçi şair Nazilə Səfərli ilə aralarında yaşanan məhkəmə prosesindən bəhs edib:

"Qarşı tərəf deyib ki, mən uduzsam ona 50 min manat pul verəcəyəm. O da gedib, rəqqasələrə geyim alacaq. Başa düşmədim, bizim gözəl Dövlət Rəqs Ansamblımız var. Onlar üçün də gözəl geyim tikilir. Azərbaycanda adətdir, gedirlər toya, aşgətirmə mərasimində rəqs edirlər. Onlar da pul qazanır, Nazilə xanım. Özlərinə geyim tikdirirlər də, alırlar da. Heç 50 mini bir arada görməmişəm. Əsla üzr istəməyəcəyəm".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş