QARABAĞ AZƏRBAYCANDIR!

50 ildir çimməyən “Hacı dayı” öldü 85
2022-10-25 23:56 | 0 Rəy

50 ildir çimməyən “Hacı dayı” öldü

İranda 50 ildir çimməyən “Hacı dayı” ləqəbli kişi vəfat edib.

Gündəmtv.az xəbər verir ki, bu barədə İranın rəsmi “İrna” agentliyi məlumat yayıb.

Bildirilir ki, xəstələnmək qorxusu ilə yuyunmaqdan imtina edən iranlı 94 yaşında dünyasını dəyişib.

Fars əyalətinin Farsbənd rayonunun Dəcgah kəndində yaşayan kişi bir neçə il əvvəl gənclər tərəfindən hamama aparılsa da, o, maşından düşüb qaçmışdı.

Xəstələnməkdən qorxduğu üçün çimməkdən qaçan “Hacı dayı” illər sonra kənd sakinlərinin səyi ilə hamamdan istifadə edib, lakin bundan bir neçə ay sonra xəstələnərək dünyasını dəyişib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş