QARABAĞ AZƏRBAYCANDIR!

5 yaşlı uşağa işgəncə verən ana və sevgilisi saxlanıldı - Fotolar 57
2021-07-18 17:37 | 0 Rəy

5 yaşlı uşağa işgəncə verən ana və sevgilisi saxlanıldı - Fotolar

Bakıda narkotikin təsiri altında 5 yaşlı uşağa işgəncə verən anası Səadət Xasməmmədova və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan Kamran Tağıyev saxlanılıb. 

"Gündəmtv.az" "Qafqazinfo"ya istinadən   həmin şəxslərin tutulduqdan sonrakı görüntülərini təqdim edir.

Məlumata görə, S.Xasməmmədova və K.Tağıyev Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

1996-cı ildə Xaçmaz rayonunda anadan olan S. Xasməmmədova daha əvvəl Binə qəsəbəsində Mehriban Qonşular küçəsi fərdi evdə yaşayıb. Həmin zaman narkotik vasitə aludəçisi olmaqla yüngül həyat tərzi keçirib. 

Bu ilin mart ayından iyun ayına kimi Kamran Tağıyevlə birgə Xətai rayonu Naximov küçəsində kirayədə yaşayıb. 

İyulun 13-də Hövsan qəsəbəsi Qum adası adlanan ərazidə yerləşən yaşadıqları evdə narkotik vasitələrin təsiri altında səbəbsiz yerə S. Xasməmmədovanın doğma oğlu 2016-cı il təvəllüdlü Abdulov Cahid Elman oğlunun köməksiz vəziyyətindən istifadə
edərək mütəmadi olaraq döyüb hər iki qulağını sındırıb, hər iki yanağını və dilini dişlərilə dişləyib xəsarət yetirib, çəkdikləri siqareti yanılı vəziyyətdə onun qollarına, bədəninin müxtəlif nahiyyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab veriblər. 

Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

Murad Əhməd

 



0 şərh:

Səndə öz fikrini bizimlə bölüş