• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Hüseyn Hüseynov: Azərbaycanın DİM-in icrasındakı uğurları və təcrübəsi BMT-də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib

Manşet / Siyasət

18-07-2025, 19:32


BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında əldə etdiyi uğurları və çoxtərəfli əməkdaşlıqlara əsaslanan təcrübəsi geniş beynəlxalq ictimaiyyətə təqdim edilib.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı qərargahında, təşkilatın İqtisadi və Sosial Şurası (ECOSOC) nəzdində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.

Şöbə müdiri vurğulayıb ki, Yüksək Səviyyəli Siyasi Forumda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda artıq malyariya xəstəliyinin aradan qaldırılmasının elan olunması, həmçinin ölkəmizdə son illərdə tətbiq edilən iqtisadi islahatların nəticələri, iqtisadi diversifikasiya istiqamətində atılan addımlar və layiqli məşğulluğun təmin olunması sahəsində görülən işlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

“Azərbaycan hər il olduğu kimi, bu il də BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Forumda təmsil olunur. Bu ilin tematik mövzusu DİM-ə nail olunması istiqamətində məlumatlara əsaslanan, heç kimin geridə qalmaması prinsipi ilə həll yollarının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Azərbaycan nümayəndə heyəti hər il olduğu kimi, bu forumda aktiv iştirak edir. Bu il də Azərbaycanda DİM-in icrası istiqamətində görülən işlər təqdim olunub.

Bildiyiniz kimi, bu il müzakirə olunan DİM-lər arasında səhiyyə və rifahın yaxşılaşdırılması (3-cü məqsəd), gender bərabərliyinin təmin olunması (5-ci məqsəd) və iqtisadi artım, layiqli əmək və məşğulluğun təşkili (8-ci məqsəd) önə çıxır. Həmçinin, tərəfdaşlığın gücləndirilməsi ilə bağlı 17-ci məqsəd də müzakirələrdə yer alıb", - o qeyd edib.

H.Hüseynov vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti hər bir məqsəd üzrə tematik müzakirələrdə də fəal iştirak edib. Xüsusilə, səhiyyə xidmətlərinin əlçatanlığı, universal səhiyyə əhatəliliyinin artırılması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması ilə bağlı elan olunması beynəlxalq ictimaiyyətə çatdırılıb:

"Gender bərabərliyi sessiyasında da Azərbaycan təcrübəsi üzv ölkələrin nümayəndələri ilə bölüşülüb. Qadınların səlahiyyətlərinin artırılması, iqtisadi imkanlara və sahibkarlığa cəlb olunmaları, maliyyə əlçatanlığının təmin olunması, idarəçilik sistemində, parlamentdə və bələdiyyə seçkilərində iştiraklarının gücləndirilməsi barədə görülən işlər diqqətə çatdırılıb.

İqtisadi artım və layiqli məşğulluqla bağlı sessiyada isə Azərbaycanda son illərdə tətbiq edilən iqtisadi islahatlar, iqtisadi diversifikasiya, məşğulluğun artırılması, həssas qrupların gəlir imkanlarının genişləndirilməsi və süni intellekt strategiyasının məşğulluq sahəsində tətbiqi, eləcə də ömürboyu təhsilin təşviqi barədə məlumat verilib.

Sonuncu sessiyada maraqlı tərəflərin prosesə cəlb olunması və DİM-in icrasına dəstək mövzusu müzakirə olunub. Son 5 ildə Azərbaycanda iki böyük beynəlxalq DİM konfransı təşkil olunub, o cümlədən ötən il COP29 uğurla keçirilib. Növbəti ildə isə ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu sahədə görülən işlər, planlaşdırılan layihələr və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da çıxışlarda forum iştirakçılarınln diqqətinə çatdırılıb. Forum çərçivəsində müzakirələr, çıxışlar və görüşlərdən kifayət qədər müsbət nəticələr əldə etmişik”.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi qeyd edib ki, Yüksək Səviyyəli Siyasi Forumda DİM-in maliyyələşdirilməsi sahəsində Azərbaycan təcrübəsi digər üzv dövlətlərə tövsiyə olunub:

“Ölkələr 2030-cu ilə qədər DİM-in icrası ilə bağlı könüllü milli hesabatlarını təqdim edirlər. Azərbaycan bu sahədə də maraqlı layihələr ortaya qoyub. Ötən il 2024-cü il üçün dünyada dördüncü dəfə bu öhdəliyi yerinə yetirən 5 ölkədən biri olduq. Buna görə üzv dövlətlər hesabatların hazırlanması prosesi, metodologiyalar və onların məzmunu barədə Azərbaycan nümayəndə heyətinə çoxlu suallar ünvanladılar.

Digər tərəfdən, DİM-lərin maliyyələşdirilməsi ilə bağlı layihəmiz də diqqətəlayiqdir. Ötən il təsdiqlədiyimiz və BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim etdiyimiz hesabatda Azərbaycan bu sahədə həyata keçirilən tədbirləri geniş işıqlandırıb. Bu tədbirlər sırasında İqtisadiyyat Nazirliyi ilə birlikdə, Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üçün İnteqrə Edilmiş Milli Maliyyələşmə Çərçivəsi Layihəsi xüsusi yer tutur. Məqsəd icmal büdcənin DİM məqsədləri ilə uyğunlaşdırılmasıdır. Bu uyğunlaşdırma nəticəsində məlum oldu ki, icmal büdcənin təxminən 82,3 faizi DİM-lə bağlı məsələlərə ayrılıb.

Onu da əlavə etmək istərdin ki, könüllü milli hesabatlar təqdim olunandan sonra BMT-nin İqtisadi və Sosial Şurası xüsusi bülleten dərc edib və burada Azərbaycan təcrübəsi digər üzv dövlətlərə tövsiyə olunub. Qeyd edilib ki, inkişafın maliyyələşdirilməsi üçün bu cür çərçivələrdən istifadə daha faydalıdır”.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

7-05-2025, 13:30

Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB

Manşet / Siyasət

22-04-2025, 13:32

Deputat: "Hesablama Palatası düzgün qidalanmaya dair indikatorların hesablanmasını təkmilləşdirilməlidir"

Manşet / Siyasət

3-03-2025, 22:00

Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlanıb

Manşet / Siyasət

16-11-2024, 14:41

Azərbaycan ESG platformasını COP29 çərçivəsində təqdim edib

Manşet / İqtisadiyyat

16-11-2024, 14:40

Bakıda “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik və Orta Bizneslər” adlı tədbir keçirilib

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • 18-07-2025, 19:32
    Hüseyn Hüseynov: Azərbaycanın DİM-in icrasındakı uğurları və təcrübəsi BMT-də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib
  • 18-07-2025, 18:53
    Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var
  • 18-07-2025, 18:25
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
  • 18-07-2025, 18:08
    Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
  • 18-07-2025, 12:24
    İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 18-07-2025, 12:24
    Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilir
  • 18-07-2025, 11:16
    Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb
  • 18-07-2025, 11:07
    Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
  • 18-07-2025, 10:32
    Dövlət Xidməti: Ölkədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis ordusu formalaşıb
  • 18-07-2025, 10:20
    Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib
  • 17-07-2025, 16:00
    Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi
  • 17-07-2025, 15:50
    Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi
  • 17-07-2025, 15:40
    İlk dəfə ADA universitetində dövlət sifarişli yerlər AÇIQLANDI
  • 17-07-2025, 15:24
    Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi
  • 17-07-2025, 13:31
    Liderlər Şuşada güllələnmiş heykəllərə baxdılar
  • 17-07-2025, 11:28
    Laçındakı yanğına görə 3 nəfər saxlanıldı - RƏSMİ
  • 17-07-2025, 11:22
    Türkmənistan Türk Dövlətləri Təşkilatına GƏLİR
  • 17-07-2025, 10:54
    Azərbaycan XİN İraqa başsağlığı verdi
  • 17-07-2025, 10:38
    Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
  • 17-07-2025, 10:22
    Səməd Bəşirli: "Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir"
  • 17-07-2025, 10:20
    Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq
  • 17-07-2025, 10:13
    Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək
  • 17-07-2025, 09:51
    Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
  • 17-07-2025, 09:40
    Ağdaşda yeniyetmə kanalda batıb
  • 17-07-2025, 08:05
    Anomal istilər davam edir - Temperatur bu gün də 40 dərəcə olacaq
  • 17-07-2025, 07:30
    Böyük qayıdış - Daha 43 ailə Kəngərliyə köçürüldü
  • 16-07-2025, 17:49
    Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
  • 16-07-2025, 17:43
    Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
  • 16-07-2025, 17:41
    Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
  • 16-07-2025, 17:05
    Uşaq qidasından dəmir parçası ÇIXDI: İstehsalçı tam məsuliyyət daşıyır – Ekspert
  • 16-07-2025, 16:51
    Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
  • 16-07-2025, 13:35
    Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 16-07-2025, 13:30
    Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları məscid və ziyarətgahlarda olublar
  • 16-07-2025, 13:20
    Nikol Paşinyan Zəngəzur dəhlizinin idarəetməsinin özəl şirkətə verilməsini istisna etməyib
  • 16-07-2025, 13:20
    Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə