Ötən il zorakılığın bu və ya digər formasından zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib.
"Gündəmtv.az" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, nikah yaşının bir ildən çox olmayaraq azaldılması haqqında istisna halı ötən il aradan qaldırılıb.
H.Hüseynova xatırladıb ki, qohum evliliklərini qadağan edilməsi haqqında qanun bu il iyulun 1-dən qüvvəyə minəcək:
“Bu məsələ Azərbaycan cəmiyyətinin genefondu ilə bağlı mühüm qərar idi”.