Narkotiklə bağlı cinayətə görə cəzalar sərtləşdirilməlidir.
Gündəmtv.az xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisdə Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, artıq texnologiyalar inkişaf etdikcə nakrotik alverindən hətta dronlardan istifadə olunur. “Ona görə də narkotik gözəgörünməz müharibə olduğundan buna qarşı cəzaları sərtləşdirilməklə yanaşı, cəmiyyətin bütün təbəqələri bu bəlaya qarşı mübarizədə aktiv iştirak etməlidirlər”, - deputat qeyd edib.