• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - YENİLƏNİB

Manşet / Siyasət

17-05-2024, 18:55



Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

"Gündəmtv.Az" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonra dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

***

Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.


"Gündəmtv.Az" xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.



Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

17-05-2024, 13:59

Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR

Manşet / Siyasət

17-05-2024, 14:01

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

Manşet / Qarabağ

16-05-2024, 16:11

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub

Siyasət

10-05-2024, 13:00

İlham Əliyev Füzulidə

Manşet

25-04-2024, 13:37

Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” – VİDEO

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 11:42
    Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır - Deputat
  • Dünən, 11:07
    İnsanlar onları kameraya çəkməlidirlər, ifşa etməlidirlər - Milli Məclisdə vətəndaşlara çağırış
  • Dünən, 11:06
    İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib - FOTO
  • 22-05-2025, 20:07
    Sakinlər üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran mtk-dan Şikayət
  • 22-05-2025, 18:32
    Son üç ildə artan rəqəmlər: Cəlilabadda sosial-iqtisadi inkişaf durmadan artır - ARAŞDIRMA
  • 22-05-2025, 13:30
    Maliyyə Nazirliyi: Azərbaycanda regional maliyyə idarələri yaradılıb
  • 22-05-2025, 13:28
    Bakıda məktəblərə işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb
  • 22-05-2025, 13:21
    Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
  • 22-05-2025, 13:11
    Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
  • 22-05-2025, 12:43
    Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib
  • 22-05-2025, 12:40
    Xocalının azyaşlı sakini: Burada xoşbəxt yaşayacağımıza inanıram
  • 22-05-2025, 10:43
    Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
  • 22-05-2025, 10:33
    Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
  • 22-05-2025, 10:32
    İrəvan qazılığının fəaliyyəti bərpa edilir
  • 22-05-2025, 10:31
    Azərbaycan XİN İsrailə başsağlığı verib
  • 22-05-2025, 09:40
    Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub
  • 22-05-2025, 09:30
    Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq
  • 22-05-2025, 09:22
    Xəzərdə zəlzələ olub
  • 22-05-2025, 09:00
    Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
  • 21-05-2025, 13:43
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - YENİLƏNİB-3
  • 21-05-2025, 13:30
    Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB
  • 21-05-2025, 13:22
    23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
  • 21-05-2025, 13:21
    Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
  • 21-05-2025, 13:09
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB-2
  • 21-05-2025, 13:08
    Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
  • 21-05-2025, 13:02
    Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk
  • 21-05-2025, 13:01
    Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
  • 21-05-2025, 12:57
    Mirzoyan: Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəm
  • 21-05-2025, 12:51
    Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
  • 21-05-2025, 12:46
    İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
  • 21-05-2025, 12:45
    Şöbə müdiri: Qohum evlilikləri ilə bağlı qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir
  • 21-05-2025, 12:43
    Ermənistan və Rusiya 2025-2026-cı illər üçün XİN-lərarası məsləhətləşmələr planı imzalayıb
  • 21-05-2025, 11:22
    Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
  • 21-05-2025, 11:20
    Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
  • 21-05-2025, 11:16
    İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə