Bu ilin yanvar ayında Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Gündəmtv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı”nın fevral sayında bildirilir.
Sənədə əsasən, ay ərzində ixrac edilmiş qeyri-neft-qaz sektoruna aid malların siyahısında növbəti yerlərdə karbamid (21 milyon ABŞ dolları) və xurma (19.3 milyon ABŞ dolları) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycanın ixrac etdiyi qeyri-neft-qaz mallarının ilk 3-lüyünə elektrik enerjisi (28,8 milyon ABŞ dolları), xurma (17,1 milyon ABŞ dolları) və pomidor (tomat, 16,6 milyon ABŞ dolları) daxil olub.