Hakim qarşısında dindirilməsi tələb edilən həkimlər - Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi olan Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynov və başqalarıdır. Bu şəxlərin ifadəsi iş üçün əhəmiyyətli hesab edilir.
Məhkəmə vəsatəti qəbul edib. Növbəti iclaslarda həkimlərin dindirilməsi məsələsi müzakirə ediləcək.
İclasın ortasında Aynur Bayramovanın səhhəti pisləşib, təcili yardım gəlib. Həkim məsləhəti ilə proses təxirə salınıb.
Qeyd edək ki, Nuridə Seyidova "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə bir milyon manata yaxın zərər dəyib.