• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Bu gün dahi bəstəkar Qara Qarayevin doğum günüdür

Manşet / Cəmiyyət / Mədəniyyət

5-02-2025, 13:24


Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 107-ci ildönümü tamam olur.
Gündəmtv.az xəbər verir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.

Dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. Çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.

Qara Qarayev opera janrında da özünü sınayıb. “Vətən” operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək, fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.

Görkəmli bəstəkar kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəst-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola "işıq" salıb, onlara bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “...Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi "texniki yazılara" yiyələnib, o dərinliyə getməyin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun tələbələri idi. B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov... Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır. Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi...

O deyərdi: "Şagirdlər bizim ən ciddi hakimlərimizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir". Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, şair təbiətli əbədi romantik, bəzən Don Kixot, bəzən də Sirano kimi yaşayır. Amma hər zaman, sözün əsl mənasında, sənət fədaisi, Vətən, torpaq eşqi ilə yaşayan bir Məcnun idi o...

Planlaşdırdığı layihələri çox idi. "Hamlet", "Leyli və Məcnun", "Don Juan" baletləri, "Gözəl Yusif" operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert, "Uşaqsız şəhər" oratoriyası... "Qərblə Şərq lap əvvəldən içimdədir", - deyərdi. Arzular tükənməz olur.

Qırx üç il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma Vətənində torpağa tapşırıldı.

Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürək ağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.

Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə hər zaman səslənən musiqisidir", - deyir oğlu Fərəc Qarayev.

Ruhun şad olsun, Maestro!

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

14-01-2025, 15:13

AZAL təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar təqdim edib - Lavrov

Manşet / Cəmiyyət

9-01-2025, 01:00

Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür

Manşet / Mədəniyyət

26-11-2024, 00:15

Xalq artisti Rasim Abdullayev vəfat edib

Manşet / Cəmiyyət

22-10-2024, 11:40

Bakıda bu yollara məhdudiyyət qoyuldu

Manşet / Cəmiyyət

29-08-2024, 00:10

Çingiz Mustafayevin doğum günüdür

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 19:32
    Hüseyn Hüseynov: Azərbaycanın DİM-in icrasındakı uğurları və təcrübəsi BMT-də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib
  • Dünən, 18:53
    Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var
  • Dünən, 18:25
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
  • Dünən, 18:08
    Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
  • Dünən, 12:24
    İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Dünən, 12:24
    Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilir
  • Dünən, 11:16
    Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb
  • Dünən, 11:07
    Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
  • Dünən, 10:32
    Dövlət Xidməti: Ölkədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis ordusu formalaşıb
  • Dünən, 10:20
    Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib
  • 17-07-2025, 16:00
    Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi
  • 17-07-2025, 15:50
    Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi
  • 17-07-2025, 15:40
    İlk dəfə ADA universitetində dövlət sifarişli yerlər AÇIQLANDI
  • 17-07-2025, 15:24
    Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi
  • 17-07-2025, 13:31
    Liderlər Şuşada güllələnmiş heykəllərə baxdılar
  • 17-07-2025, 11:28
    Laçındakı yanğına görə 3 nəfər saxlanıldı - RƏSMİ
  • 17-07-2025, 11:22
    Türkmənistan Türk Dövlətləri Təşkilatına GƏLİR
  • 17-07-2025, 10:54
    Azərbaycan XİN İraqa başsağlığı verdi
  • 17-07-2025, 10:38
    Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
  • 17-07-2025, 10:22
    Səməd Bəşirli: "Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir"
  • 17-07-2025, 10:20
    Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq
  • 17-07-2025, 10:13
    Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək
  • 17-07-2025, 09:51
    Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
  • 17-07-2025, 09:40
    Ağdaşda yeniyetmə kanalda batıb
  • 17-07-2025, 08:05
    Anomal istilər davam edir - Temperatur bu gün də 40 dərəcə olacaq
  • 17-07-2025, 07:30
    Böyük qayıdış - Daha 43 ailə Kəngərliyə köçürüldü
  • 16-07-2025, 17:49
    Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
  • 16-07-2025, 17:43
    Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
  • 16-07-2025, 17:41
    Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
  • 16-07-2025, 17:05
    Uşaq qidasından dəmir parçası ÇIXDI: İstehsalçı tam məsuliyyət daşıyır – Ekspert
  • 16-07-2025, 16:51
    Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
  • 16-07-2025, 13:35
    Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 16-07-2025, 13:30
    Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları məscid və ziyarətgahlarda olublar
  • 16-07-2025, 13:20
    Nikol Paşinyan Zəngəzur dəhlizinin idarəetməsinin özəl şirkətə verilməsini istisna etməyib
  • 16-07-2025, 13:20
    Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə