• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi bu şəxslərə pulsuz ərəb dili dərsləri keçəcək - FOTO

Manşet / Siyasət / Cəmiyyət

4-02-2025, 18:01


2025-ci il fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının baş direktoru Dr.Abdullah Əl Vaşminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi ziyarət çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) olub.

Gündəmtv.Az xəbər verir ki, BAAU-nun rəhbərliyi ilə nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı universitetdə fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin uğurları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində layihənin birinci mərhələsinin uğurla başa çatdığını və 2022-ci ildən etibarən ikinci mərhələyə start verildiyini bildirib. O, Mərkəzin fəaliyyətinin yalnız BAAU ilə məhdudlaşmadığını, geniş və çoxşaxəli istiqamətləri əhatə etdiyini vurğulayaraq, ərəb dilinin öyrədilməsi və təbliği sahəsində görülən işlər barədə məlumat verib.

Abdullah Əl Vaşmi çıxışı zamanı Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının dünyada ərəb dilinin təbliği və tədqiqində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanda yaradılan Ərəbşünaslıq Mərkəzinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bunun Akademiyanın dünyada ilk və yeganə filialı olduğunu bildirib. Abdullah Əl Vaşmi həmçinin mərkəzin fəaliyyətinin ərəb dili və mədəniyyətinin Azərbaycan və region ölkələrində yayılmasına əvəzolunmaz töhfə verdiyini diqqətə çatdırıb:

"Mənim üçün çox xoşdur ki, bu gün Bakı Avrasiya Universitetində Ərəbşünaslıq Mərkəzində iştirak edirəm. Mərkəz artıq bir neçə ildir fəaliyyət göstərir və Səudiyyə Ərəbistanında olan qurumlarla birlikdə bu qardaş ölkədə ərəb dilinin yayılmasına öz töhfəsini verir. Mərkəzdə Səudiyyə Ərəbistanından və Azərbaycandan olan işçi qrupları ərəb dilinin düzgün şəkildə cəmiyyətə çatdırılması üçün müəyyən proqramlardan istifadə edirlər.

Həmişə deyirəm ki, ərəb dili 400-500 yaşı olan bir dil deyil. Bu dil min illərin dilidir. Tək ərəblər yox, dünya müsəlmanları da bu dilə maraq göstərirlər", - deyə o əlavə edib.

Sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Ülviyyə Hüseynova mərkəzin fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi beynəlxalq konfranslar, seminarlar, tələbə mübadilə proqramları və ərəb dili üzrə təlimlər haqqında məlumat verilib.

Ü.Hüseynova çıxışında Ərəbşünaslıq Mərkəzinin yalnız təhsil sahəsində deyil, həm də ərəb mədəniyyəti və ədəbiyyatının Azərbaycanda təbliği baxımından mühüm platforma rolunu oynadığını vurğulayıb. O, indiyədək keçirilən tədbir və layihələrin ərəb dili ilə maraqlanan gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib.

"Biz qardaş ölkə Səudiyyə Ərəbistanı Krallığından olan dostlarımız və xüsusilə də Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının bizə göstərdiyi böyük dəstək nəticəsində 2019-cu ildə BAU-da Ərəbşünaslıq Mərkəzini təsis edə bildik. Mərkəzin ilk hədəfi Səudiyyə Ərəbistanı və Azərbaycan arasında xüusilə də elm və mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir. Fəaliyyət göstərdiyimiz 6 il ərzində bu nəticələri yavaş-yavaş görməyə başlayırıq".

Ü.Hüseynova həmçinin əlavə edib ki, hədəflər arasında ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümələrin inkişaf etdirilməsi də var.

Qeyd edilib ki, mərkəzin fəaliyyət göstərdiyi 6 il ərzində burada təhsil alan tələbələrin sayı 80-dən 130-a çatıb və onların sayının 200-ə çatdırılması əsas məqsədlərdən biridir.
Mərkəz rəhbəri bu tələbələrin BAAU ilə yanaşı BDU, ADA, ADU VƏ AİU-dan olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mərkəz hər il Azərbaycanda 15-20 tələbənin illik təhsil haqqını ödəyir.

Ü.Hüseynova deyib ki, Ərəbşünaslıq Mərkəzi qarşıdakı illərdə də bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır:

"Ötən il mərkəzdə turizm üzrə dərslər keçirilib. Növbəti illərdə 4 sahə üzrə - diplomatiya, KİV, turizm və idarəetmə sahəsi üzrə ödənişsiz əsaslarla ərəb dili dərsləri keçiriləcək.
Bu ildən etibarən dövlət müəssisələrində işləyən əməkdaşların və həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrin də mərkəzin dərslərinə cəlb edilməsi nəzərdə tutulur.
Artıq dövlət idarə və müəssisələrinin əməkdaşlarına ödənişsiz əsaslarla ərəb dilinin öyrədilməsi üçün bir neçə nazirlik və qurumlara məktub göndərilib".

Həmçinin qeyd edilib ki, ilk dəfə bu ildən etibarən Azərbaycanda IELTS-ə bənzər Ərəb dili üzrə Test Mərkəzi yaradılacaq. Bu mərkəz ərəb dili biliklərinin beynəlxalq sertifikatlaşdırılmasında mühüm addım olacaq.

Təqdimatdan sonra nümayəndə heyəti və universitet rəhbərliyi tərəfindən Ərəbşünaslıq Mərkəzinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Sərgidə Azərbaycan ziyalıları və abidələrinə aid rəsmlər nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Ərəbşünaslıq Mərkəzi tərəfindən təşkil olunan ərəb dilində şeir müsabiqəsi ilə davam edib. Məktəbli və tələbələrin iştirakı ilə keçirilən müsabiqədə ərəb dilində şeirlər səsləndirilib. Müsabiqənin qalibləri rektor S.Qasımov və baş direktor Abdullah Əl Vaşmi tərəfindən mükafatlandırılıb.

Tədbirin sonunda BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətinin davam etdirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə edilib.








Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

28-01-2025, 15:31

Müdafiə naziri Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb - Foto

Manşet / Siyasət

17-10-2024, 20:00

Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirdi

Manşet / Siyasət

28-09-2024, 10:15

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

Manşet / Cəmiyyət

14-09-2024, 15:45

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Manşet / Siyasət

6-09-2024, 13:21

Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • Dünən, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • Dünən, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • Dünən, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • Dünən, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • Dünən, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
  • 4-07-2025, 12:02
    Tacikistan Prezidenti Xankəndiyə gəlib - YENİLƏNİB-2
  • 4-07-2025, 11:54
    “İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır
  • 4-07-2025, 11:47
    Azərbaycan millisinin baş məşqçisi: "Ermənistan üzərində qələbə çox gözəl oldu"
  • 4-07-2025, 11:44
    Pakistanın Baş naziri Xankəndiyə gəlib
  • 4-07-2025, 11:37
    Paşinyan: Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək
  • 4-07-2025, 11:31
    MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib
  • 4-07-2025, 11:06
    Azərbaycan Prezidenti: Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk
  • 4-07-2025, 11:04
    Ceyhun Bayramov Xankəndidə BMT rəsmisi ilə görüşüb
  • 4-07-2025, 11:03
    İlham Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var
  • 4-07-2025, 11:01
    Prezident İlham Əliyev Donald Trampı təbrik edib
  • 4-07-2025, 10:52
    Azərbaycan və Türkmənistan XİN başçıları qarşılıqlı ticarət həcminin artırılmasını müzakirə ediblər
  • 4-07-2025, 10:50
    Ceyhun Bayramov: Azərbaycan BƏƏ-nin azad edilmiş ərazilərdə mina təmizləmə işlərinə dəstəyini yüksək qiymətləndirir
  • 4-07-2025, 10:35
    Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib
  • 4-07-2025, 10:27
    Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
  • 4-07-2025, 10:24
    Bakı və Daşkəndin gələcək nəqliyyat infrastrukturu əməkdaşlıq üçün əlavə platforma yaradacaq - RƏY
  • 4-07-2025, 10:16
    İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə